Bakı Dövlət Universitetinin (BDU) könülləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər.
Ziyarətdə Şəqşünaslıq fakültəsinin sosial məsələlər üzrə dekan müavini Şahin Yusifli, fakültə könüllüləri və “Şərq ölkələri klubu”nun üzvləri iştirak ediblər.
Könüllülər 44 günlük Vətən müharibəsi zamanı düşməndən qənimət götürülən hərbi texnika, ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyat və digər sursatlarla tanış olublar.
Qeyd edək ki, Hərbi Qənimətlər Parkında ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.