
Ruminiyanın Alexandru İoan Cuza İasi Universiteti 2023/2024-cü tədris ili üçün “Erasmus” beynəlxalq müəllim-tələbə mübadilə proqramı çərçivəsində tələbələrin (bakalavr, magistrant, doktorant) və akademik heyətin müraciətlərini qəbul edir.
Akademik heyət üçün tələb olunan sənədlər: CV, motivasiya məktubu, elmi əsərlərin siyahısı, iş yerindən arayış.
Tələbələr üçün tələb olunan sənədlər: CV, motivasiya məktubu, akademik transkript.
İxtisaslar: Fizika, Kimya, Biologiya
Son müraciət tarixi: 03.11.2023