Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində dünya şöhrətli alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib.
Hüquq fakültəsinin dekanı Zaur Əliyev akademik Zərifə xanım Əliyevanın hər kəsə nümunə ola biləcək həyat və fəaliyyəti, zəngin elmi irsi haqqında ətraflı məlumat verib. Fakültə dekanı Zərifə xanım Əliyevanın təkcə insanlara nur bəxş etmiş həkim-oftalmoloq, vətənpərvər alim deyil, həmçinin Azərbaycan qadınının mücəssəməsi, sədaqətli ömür-gün yoldaşı, cəfakeş ana olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edənlər – Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, professor Şəhla Səmədova, Cinayət prosesi kafedrasının müdiri, professor Firuzə Abbasova, İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri, professor Əmir Əliyev, Əmək və ekologiya hüququ kafedrasının professoru Zahid Cəfərov akademik Zərifə xanım Əliyevanın mənalı həyat yolu və zəngin elmi irsindən ətraflı bəhs ediblər.