BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirildi

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirildi

Bakı Dövlət Universitetinin (BDU) Könüllüləri və BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin birgə təşkilatçılığı ilə liseyin 5-ci sinif şagirdləri arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib. Vətən müharibəsinin ikinci ildönümünə həsr olunmuş yarış hər birində 15 sual olmaqla 2 turda təşkil olunub. 

 

Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, Vətən müharibəsi haqqında biliklərinin artırılması, müharibə qəhrəmanlarının daha yaxından tanıdılmasıdır. 

 

Yarışda 6 komanda iştirak edib. Yarışın  qalibi “Qarabağ” komandası olub. Qalib komanda üzvləri sertifikatlarla təltif olunublar.

Mənbə

Share: