BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Şanlı Qələbə” adlı tədbir keçirildi

Bakı Dövlət Universitetinin  (BDU) nəzdində “Gənc istedadlar” liseyinin V sinif şagirdlərinin iştirakı ilə “Şanlı Qələbə” adlı tədbir keçirilib. 

 

Əvvəlcə Dövlət himni səsləndirilib, sonra torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 

Liseyin direktoru Arif Bağırov 44 günlük Vətən müharibəsində xalqımızın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməsindən, ordumuzun misilsiz şücaətindən söhbət açıb. 

 

Liseyin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Nihat Abdullayev döyüş xatirələrini bölüşüb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti, Vətən müharibəsində hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barədə məlumat verib. 

 

Tədbirin təşkilatçısı, liseyin musiqi müəllimi Kəmalə Əliyeva tarixi qələbəmizin təbliğinin  şagirdlərin vətənpərvərlik ruhunun inkişaf etdirilməsində mühüm rol oynadığını qeyd edib.

 

Daha sonra V sinif şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda bədii kompozisiya təqdim olunub. Kompozisiyada liseyin ədəbiyyat müəllimi Şamama Quliyevanın şeirlərindən istifadə olunub. 

 

Mənbə

Share: