BDU-nun zəhərlənən tələbələri ilə bağlı – Yeni xəbər

Noyabrın 21-də Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənən tələbələr evə buraxılıb.

Bu barədə Milletinsesi.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, zəhərlənmə diaqnozu ilə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılan 2 tələbə – 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızı bu gün saat 14:50-də evə yazılıblar.

Xatırladaq ki, noyabrın 21-də BDU-nun 2 saylı yataqxanasında yaşayan 3 tələbə qız zəhərlənib. Onlardan biri – 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı dünyasını dəyişib. İki nəfər isə xəstəxanaya yerləşdirilib.

 

Share: