Behiştin ən üstün nöqtəsi necə adlanır?

Qurani-Kərim buyurur: “Həqiqətən, iman gətirmiş və yaxşı işlər görmüş kəslərin ilk qəbul yerləri – Firdovs bağlarıdır”. (“Kəhf” 107).

Təfsirçilərin bəyanlarına görə, Firdovs – o bağdır ki, bütün lazımlı nemətlər orada cəm olmuşdur. Bu səbəbdən Firdovs – behiştin ən üstün yeri hesab olunur. Hədislərimizdə də bu yerin adına rast gəlirik.

Milletinsesi.az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur: “Hər bir şeyin üstün nöqtəsi olar. Behiştin ən üstün nöqtəsi – Firdovsdur ki, Muhəmmədə (s) və Ali-Muhəmmədə (ə) aiddir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allahdan istəyən zaman Firdovsu istəyin ki, behiştin ortasında və yüksək nöqtəsində qərar tutur ki, üstündə Rəhman Allahın ərşi yerləşir. Behiştin bulaqları oradan qaynayar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Behiştin yüz dərəcəsi vardır ki, iki dərəcə arasında olan fasilə yerlə göy arasında olan fasilə qədərdir. Firdovs onların ən yüksək dərəcəsidir ki, behiştin dörd bulağı oradan qaynayar. Ona görə də nə zaman Allahdan istəsəniz, Firdovsu istəyin”.

Share: