Belə xoş xəbəri çoxdan gözləyirdim

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Mövlud Süleymanlı ilə bağlı sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı sərəncama əsasən, 80 yaşlı Xalq yazıçısı “Şərəf” ordeni ilə təltif edilib.

 

O, Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə təltif olunub.

 

Sevinc təəssüratlarını Modern.az-la bölüşən tanınmış yazıçı həmişə xoş xəbərlər gözlədiyini deyib.

 

“Belə xoş xəbəri çoxdan gözləyirdim. “Şərəf” ordeni ilə təltif olunduğumu nəvəmdən eşitdim. İlk xəbəri mənə nəvəm çatdırdı. Bu, mənim üçün çox böyük hadisədir. Yaradıcılığıma verilən yüksək qiymətdir. Əməyimə verilən qiymətə görə cənab Prezidentə təşəkkürümü bildirirəm”, – deyə Mövlud Süleymanlı bildirib.

 

O qeyd edib ki, Prezident İlham Əliyevin qazandığı qələbələr Azərbaycan xalqı üçün ən böyük mükafatdır:

 

“Səmimi şəkildə deyirəm ki, adamın belə bir prezidentinin olması çox xoşdur. Təkcə mənim özümə görə yox, Prezidentin gördüyü işlər, qorxmazlığı, hər yerdə hər addımının düşünülmüş olması bizim hamımız üçün böyük mükafatdır. Mən belə anlayıram. Prezident bizə qələbələr bəxş edir. Ona təşəkkürümü bildirirəm”.

Mənbə

Share: