
“Belarusdan Ukrayna ərazisinə hücum riski hələ də saxlanılır…”
Belarus öz qoşunlarının hazırlığını yoxlayır, Ukrayna Silahlı Qüvvələri təhlükəni dəyərləndirib
Ukraynanın şimal sərhədində təhlükənin artacağı təqdirdə Baş Qərargah əlavə qüvvə və vəsaitlər cəlb edəcək.
Moderator.az xəbər verir ki, bu barədə “rbc.ua” nəşri məlumat yayıb.
Belarus sentyabrın sonunda geniş miqyaslı hərbi təlimlər keçirib. Ukrayna Birləşmiş Silahlı Qüvvələrinin komandanı
Sergey Nayev deyib ki, Belarus öz Silahlı Qüvvələrinin döyüş hazırlığının yoxlanılmasının növbəti mərhələsinə başlayıb.
O, qeyd edib ki, Ukrayna müvafiq istiqamətlərdə öz sərhəd növbələrinin sayıqlığını gücləndirir.
“Həmçinin adekvat cavab vermək üçün indinin özündə də bu vəzifələrin icrası üçün kifayət edən zəruri qüvvə və vəsaitləri hazır vəziyyətdə saxlayır”, Nayev videomüraciətində deyib.
Bu zaman o, vurğulayıb ki, Belarus tərəfdən təhlükənin artacağı təqdirdə Baş Qərargah əlavə qüvvə və vəsaitlər cəlb edəcək. “Hərb elminin bu qaydaları həmişə işləkdir”, – o, qeyd edib.
Belarus tərəfdən Ukrayna üçün təhlükə-nələri bilmək lazımdır?
Oktyabrın 3-də Ukrayna Silahlı Qüvvələri Hava Qüvvələrininin spikeri Yuri İqnat məlumat verib ki, Belarus ərazisində müxtəlif növ Rusiya texnikası yerləşir. Ukrayna ərazisinə hücum riski hələ də saxlanılır.
O, xatırladıb ki, ukraynalılar tammiqyaslı hərbi müdaxilənin əvvəlində Belarus tərəfdən hücumları gözləməyib, lakin hər halda belə ehtimal olub.
Həmçinin bu ərəfədə Belarus hakimi artıq bir ildən sonra onun ordusunun “müasir müharibə üçün silahı” olacağını bəyan edib. Bu zaman o, qeyd edib ki, Belarus “fəal müdafiə taltikasını seçib” və nüvə silahı ilə təhdid edib.