
Ukraynanın Minskdəki səfiri İqor Kizim Belarus Xarici İşlər Nazirliyinə çağırılıb və ona diplomatik nota təqdim edilib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Notada Belarus tərəfi iddia edir ki, Ukrayna Belarus ərazisinə zərbə endirməyi planlaşdırır”, – məlumatda bildirib.
Ukrayna XİN qeyd edib ki, Belarus tərəfinin məlumatı həqiqətə uyğun deyil:
“Biz istisna etmirik ki, diplomatik notanın təqdim edilməsi Rusiya Federasiyasının təxribat törətmək və Ukraynanı əlavə ittiham etmək planının bir hissəsi ola bilər”.


