
Belarusun Xarici İşlər Nazirliyi ölkəyə Rusiya tərəfindən taktiki nüvə silahı yerləşdirilməsini şərh edib.
Modern.az Belarus mətbuatına istinadən xəbər verir ki, XİN-in açıqlamasında bunun məcburi xarakter daşıdığı ifadə olunub.
“Belarus öz təhlükəsizliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün məcburi cavab tədbirləri görür”, – deyə bildirilib.
Qeyd edək ki, Qərb ölkələri tərəfindən Moskvanın bu barədə bəyanatı tənqidlərlə qarşılanmışdı.