[ad_1]
Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüş zamanı Minskə nüvə başlıqlı raketlərin verilməsindən danışmayıb.
Millətin Səsi.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Prezident bu barədə danışmayıb. O, texniki cəhətdən müxtəlif silah növlərini daşımağa qadir olan komplekslərdən danışıb”, – Peskov bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda belaruslu həmkarı Aleksandr Lukaşenko ilə keçirilən görüşdə yaxın aylarda Moskvanın “İsgəndər-M” raket komplekslərini Minskə təhvil verəcəyini bildirmişdi. G7 ölkələrinin liderləri də Rusiyanın nüvə başlığı daşıya bilən raketləri Belarusa verməsi ilə bağlı ciddi narahatlıqlarını bildirmişdilər.
[ad_2]