Belarusda ilkin nəticələr elan edildi

Belarusun hazırki Prezidenti Aleksandr Lukaşenko 9 avqustda baş tutan prezident seçkilərinin ilkin nəticələrinə görə, 82 faiz səslə rəqiblərini üstələyir.

Axar.az xəbər verir ki, bu barədə Belarus Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

MSK bildirib ki, hazırda 5 regionda səslər sayılıb.

Qeyd edək ki, ekzit-polların nəticələrinə görə, Lukaşenko 79,7 faiz səslə seçkidə qalib gəlib.

***
mersin escort
İndiyə qədər bağlanan seçki məntəqələrinin nəticələrinə görə, Lukaşenkonun səs faizi 81,35, onun əsas rəqibi Tixanoskayanın səs faizi isə 8-dir.

Qeyd edək ki, MSK səslərin neçə faizinin sayıldığını açıqlamayıb.

***

Belarus ərazisindəki bütün rayonların ilkin nəticəsi məlumdur.

Bu barədə Belarus MSK məlumat yayıb.

Bildirilir ki, bütün rayonlarda Lukaşenko liderlik edir.

***

Belarus Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkiləri ilə bağlı ilkin nəticələri elan edib.

İlkin nəticələrə görə, Aleksandr Lukaşenko 80.23 faiz səslə liderdir. O, 4 milyon 652 min nəfərin səsini toplaya bilib.

Share: