Belçika qırıcısı Fransada qəzaya uğradı

Fransanın Loryan şəhərində Belçika Hərbi-Hava Qüvvələrinə məxsus F-16 qırıcısı qəzaya uğrayıb.

Trend-in məlumatına görə, pilotlar katapult edə bilib. Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.

Təyyarə fermerlərə məxsus sahəyə düşüb. Qeyd olunur ki, qəza təlim uçuşu zamanı baş verib.

Share: