Belçikada kilsəni tərk edənlərin sayı artıb. 2021-ci ildə kilsədən qeydiyyatdan çıxanların sayı əvvəlki illə müqayisədə 4 dəfə artıb.
Millətin Səsi.az xəbər verir ki, Katolik Kilsəsinin dərc etdiyi 2021-ci il hesabatına görə, Belçikada 5200 nəfər qeydiyyata alındıqları kilsədən qeydiyyatdan çıxarılıb. Belçikada 2020-ci ildə vəftiz (yunanca suya batırma demıkdir)olunmuş 1261 nəfər kilsə qeydiyyatından çıxarılıb.
Epidemiyadan əvvəl 2019-cu ildə 42 min insanın vəftiz olunduğu Belçikada 2020-ci ildə kilsələr qadağalar səbəbindən bağlanıb və vəftizlər dayandırılıb. Epidemiya tədbirlərinin yumşaldılması ilə 2021-ci ildə ümumilikdə 36 834 vəftiz edilib. Epidemiyadan sonra artması gözlənilən vəftizlərin sayı da ürəkaçan olmayıb. Kilsədə keçirilən toyların sayı da əvvəlki illərə nisbətən xeyli azalıb.