Belçikanın Baş naziri Aleksandr De Kro evinin yaxınlığında velosipeddən yıxılaraq xəsarət alıb və huşunu itirib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Brüsseldən təxminən 60 kilometr uzaq yerləşən kənddə baş verib. Xəsarət alan Aleksandr De Kro xəstəxanaya çatdırılıb. Hazırda Baş nazirinin vəziyyətinin normal olduğu bildirilir.
Qeyd edək ki, De Kro bir neçə saat sonra xəstəxanadan buraxılıb. Onun bazar günü istirahət edəcəyi və aldığı xəsarətin onun iş qrafikinə təsir etməyəcəyi bildirilib.