Bennett Ukraynaya səfərə hazırlaşır: Xəbərdarlıq…

İsrail Baş naziri Naftali Bennett “Şabak” təhlükəsizlik xidmətindən atəşkəslə bağlı danışıqlar aparmaq üçün Kiyevə mümkün səfərinə hazırlıq görmələrini tələb edib.

Axar.az xəbər verir ki, bu barədə “Ynet” nəşri məlumat yayıb.

“İsrail təhlükəsizlik rəsmiləri Rusiyanın bombardmanlarını nəzərə alaraq belə bir səfəri təhlükəsizlik baxımından kabus adlandırıblar”, – nəşr bildirib.

Məlumata görə, İsrail rəsmiləri ukraynalı həmkarlarına bildiriblər ki, Bennett yalnız Ukrayna və Rusiya atəşkəs üçün razılığa gəlməyə yaxın olsalar, səfər edəcək.

Share: