Benzema Makronun təklifini rədd etdi

Benzema Makronun təklifini rədd etdi

“Real Madrid”in və Fransa yığmasının hücumçusu Kərim Benzema Fransa və Argentina milli komandaları arasında keçirilən turnirin final oyununda iştirak etmək üçün prezident Emmanuel Makronun dəvətini rədd edib.

 

Modern.az xəbər verir ki, o prezidentin  təyyarəsində Dohaya getmək imkanı əldə edib.

 

Buna baxmayaraq, K.Benzema Loran Blan, Zinəddin Zidan və Mişel Platininin addımlarını təkrarlayaraq bununla razılaşmadığını sərgiləyib.

 

Eyni zamanda, Benzema bəyan edib ki, “komandanı tam dəstəkləyir və onun titul qazanmasını istəyir”.

 

Xatırladaq ki, futbolçu DÇ-2022-nin başlamasına bir neçə gün qalmış zədələnib və turnirdə iştirak edə bilməyib. 

Mənbə

Share: