Ərəb dünyasının beş ölkəsi karantin qadağalarını azaltdıqlarını açıqlayıblar.
“HaberGlobal” məlumat verir ki, bu dövlətlər İordaniya, Fələstin, Tunis, Yəmən və İraqdır.
İordaniya hökuməti koronavirusa yoluxma hadisəsinə rast gəlmədiyi cənub şəhərlərində komendant saatını azaltmaq qərarıverib.
El-Kerak, Et-Tafile və Maan şəhərlərində tətbiq olunan komendant saatının müddəti çərşənbə gününə qədər azaldılacaq.
Fələstində bir neçə vilayətdə bəzi müəssisə və banklar yenidən fəaliyyətə başlayır.
Tunisdə də 22 martdan tətbiq edilən ümumi karantin çərçivəsində bəzi dəyişikliklərin ediləcəyi açıqlanıb.
Baş nazir İlyas əl-Fahfa yerli mətbuata verdiyi açıqlamada karantin şərtlərinin mayın 4-dən yumşaldılacağını bildirib.
Ölkədə komendant saatı Ramazan ayında 12 saatdan 10 saata endiriləcək.
Yəmənin şərqindəki Hadramevt əyalətində tətbiq olunan komendant saatı sona çatır.
Hadramevt valisi Ferc əl-Bahseni yazılı açıqlamasında komendant saatının cümə axşamı günü bitəcəyini və Ramazan ayında məscidlərin açılacağını deyib.
O, xəstəliyin yayılması ilə bağlı çoxalma baş verərsə, qərara yenidən baxılacağını qeyd edib.
İraqda bəzi bölgələr istisna olmaqla, Ramazan ayında komendant saatının yüngülləşdiriləcəyi bildirilir.
Yerli mediada yayılan məlumatlara görə, koronavirusa qarşı mübarizə tədbirlərini izləmək üçün qurulan Ali Komitə Ramazan ayında ölkədə tətbiq olunan komendant saatı azaltmaq qərarına gəlib.
Komitə qərarın virusun çox yayıldığı ərazilərə aid olmadığını vurğulayıb./oxu.az