Beş dünya çempionatında çıxış edən futbolçu öldü

Beş dünya çempionatında çıxış edən futbolçu öldü

Beş dünya çempionatında çıxış edən ilk futbolçu olan Antonio Karbahal ölüb.

 

Meksikalı sabiq qapıçı 94 yaşında dünyasını dəyişib.

 

Keçmiş qolkiper 1950-ci ildə Braziliyada, 1954-cü ildə İsveçrədə, 1958-ci ildə İsveçdə, 1962-ci ildə Çilidə və 1966-cı ildə İngiltərədəki mundiallarda oynayıb.

 

1998-ci ildə almaniyalı Lotar Matteus, növbəti illərdə isə Karbahalın həmyerlisi Rafael Markes, argentinalı Lionel Messi və portuqaliyalı Kriştianu Ronaldu onun rekorduna şərik çıxıblar.

 

Mənbə

Share: