Beş rayonun prokuroru vəzifəsindən azad edildi

Azərbaycanda 5 rayonun prokuroru vəzifədən azad edilib.

“Millətin Səsi.az”-ın məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, aşağıda adları qeyd olunan şəxslər təqaüdə göndərilib:

Xətai rayon prokuroru Yusif İldırımzadə,

Sabunçu rayon prokuroru Ceyhun Şirinov,

Nəsimi rayon prokuroru Salman Məmmədli,

Qəbələ rayon prokuroru Məqsəd Orucov,

Yevlax rayon prokuroru Elxan Pənahov.

Eyni zamanda Baş Prokurorluğun Maddi-texniki təminat idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Niyaz Məmişov da təqaüdə göndərilib


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/milletinsesi.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share: