
Türkiyənin “Beşiktaş” klubu Azərbaycanda yoldaşlıq görüşü keçirəcək.
Bu barədə “Sabah” nəşri məlumat yayıb.
Bildirilib ki, İstanbul təmsilçisi zəlzələdən əziyyət çəkənlərə yardım məqsədilə iki ölkədə yoldaşlıq görüşü təşkil edəcək. “Ağ-qaralar” əvvəlcə bu ay milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə zamanı Almaniya təmsilçilərindən biri ilə üz-üzə gələcək. Hazırda Mönxenqladbax “Borussiya”sı və “Leyptsiq”lə danışıq aparılır.
Şenol Günəşin yetirmələri Super Liqanın bu mövsümkü təqviminə əsasən istirahət edəcəyi müddətdə – 9-30 aprel aralığında isə Azərbaycana səfər edəcək. “Qara qartal” adı açıqlanmasa da, Azərbaycanda bir yerli klubla xeyriyyə xarakterli yoldaşlıq matçı keçirəcək.