“Beşiktaş” “Karagümrük”ün italiyalı hücumçusu Borini ilə maraqlanır

“Beşiktaş” “Karagümrük”ün italiyalı hücumçusu Borini ilə maraqlanır

“Beşiktaş” yeni mövsümdə heyəti gücləndirməyi planlaşdırır.

İstanbul təmsilçisində əsas hədəf “Karagümrük”ün italiyalı hücumçusu Fabio Borinidir.

Mövsümün sonunda klubu ilə müqaviləsi başa çatacaq 32 yaşlı futbolçunun da “qara qartal”da oynamaq istədiyi bildirilir. Yaxın günlərdə danışıqların başlaması gözlənilir.

Qeyd edək ki, bu mövsüm “Karagümrük”də 27 Super Liqa matçına çıxan Borini 19 qol və 8 assistlə yadda qalıb.

Mənbə

Share: