“Beşiktaş” oyunu bərabərə başa çatdı 

“Beşiktaş” oyunu bərabərə başa çatdı 

“Sabah” və “Beşiktaş” klubları arasında baş tutan xeyriyyə oyunu başa çatıb.

 

Modern.az xəbər verir ki, matç 3:3 hesab yekunlaşıb. 

 

Oyunda İstanbul təmsilçisindən 24 və 44-cü dəqiqələrdə Umut Meraş, 63-cü dəqiqədə penaltidən Cenk Tosun, Azərbaycandan isə 3-cü, 5-ci dəqiqələrdə Aleksey Kaşuk, 70-ci dəqiqədə Davit Volkov fərqlənib. 

 

Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Mənbə

Share: