“Fulhem”im futbolçusu Rayan Babel “Qalatasaray”a keçmyə yaxındır.
Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddətdir “Qalatasaray”la danışıq aparan hollandiyalı yarımmüdafiəçi artıq İstanbul təmsilçisi ilə razılıq əldə edib. Onun bu qərarına “Fulhem”in Premyer Liqanı tərk etməsi də təsir edib.
“Fənərbaxça” və Çin klublarının hədəfində olan futbolçunun “Fulhem”lə müqaviləsi mövsümün sonunda bitir. Buna görə də Babelin yayda azad agent kimi “cim-bom”a keçəcəyi bildirilir.
Qeyd edək ki, 32 yaşlı futbolçu 2017-ci ildən bu ilin yanvar ayına qədər “Beşiktaş”da çıxış edib. O, bu müddət ərzində 62 oyuna 22 qol vurub.