![](https://milletinsesi.az/wp-content/uploads/2019/06/5d00a3a62bbd6_taxilsaheleriyandi.jpg)
Beyləqan və Göyçayda taxıl sahələri yanıb.
Fövqəladə Hallar Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, Beyləqanda 50 ha sahədə quru ot və 30 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Göyçay rayonunun Mirzəhüseynli kəndində 2,5 ha sahədə biçilməmiş taxıl sahəsi yanıb. Digər biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.