Beyləqanda 49 yaşlı kişi qətlə yetirilib

Beyləqanda 49 yaşlı kişi qətlə yetirilib

Beyləqan rayonunda 49 yaşlı kişi qətlə yetirilib.

 

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hadisə dekabrın 23-də saat 16:10 radələrində baş verib.

 

Belə ki, Beyləqan rayonunda 1973-cü il təvəllüdlü Kamil Fərəzliyevin bıçaqla öldürülməsi barədə polisə məlumat daxil olub.

 

Beyləqan RPŞ əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Rafiq Əliyev saxlanılaraq istintaqa təhvil verilib.

 

Araşdırmalar davam etdirilir.

Mənbə

Share: