Beynəlxalq Cinayət Məhkəməsi 2 yüksək rütbəli rusiyalı zabitin həbsinə order verib

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiyanın uzaqmənzilli aviasiya komandiri general-leytenant Sergey Kobylaş və Rusiya Qara dəniz donanmasının komandanı admiral Viktor Sokolovun həbsinə order verib.

 

Bu barədə məhkəmənin press-relizində deyilir.

 

Sənəddə iddia edilir ki, hər iki şəxs Ukraynadakı münaqişə kontekstində törədilmiş hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıyır.

Mənbə

Share: