“Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda bir sıra mühüm strateji məsələlər qaldırılıb və müzakirə edilib”.
Bunu Romadakı La Sapientsa Universitetinin fəlsəfə doktoru Valentina Şabert deyib.
“Bu tədbir insanların təkcə Azərbaycanın deyil, həm də bütün Qafqaz və Xəzər regionunun strateji rolunu anlaması üçün həqiqətən də vacibdir”, – o bildirib və əlavə edib ki, konfransın mühüm hissəsi regional nəqliyyat məsələlərinin müzakirəsinə, Azərbaycan qazının Aİ-yə çatdırılmasına, Azərbaycanla Ermənistan arasında sülh prosesinin inkişafına və s həsr olunub.
Fəlsəfə doktorunun sözlərinə görə, konfransın ikinci sessiyası, yəni Prezident İlham Əliyevlə müsahibə onda böyük təəssürat yaradıb.
“Onun cavabları çox aydın və dolğun idi. Prezident vaxtının çoxunu bizimlə danışmağa sərf etdi. İlham Əliyevin sayəsində mən Ermənistanla sülh prosesi danışıqlarının əslində necə irəlilədiyini başa düşdüm”, – V.Şabert vurğulayıb.