Beynəlxalq Olimpiya Komitəsi boksu Olimpiya proqramında saxlayıb

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi boksun Yay Olimpiya Oyunlarının proqramında qalması ilə bağlı qərarını açıqlayıb.

Komitə BOK-un sessiyasına bu idman növünü Tokio-2020-nin proqramında saxlamaq, lakin AİBA-nın üzvlüyünü dayandırmağı tövsiyə ilə kifayətlənib.

Bu isə o deməkdir ki, Yaponiyadakı Olimpiadada boks yarışının və təsnifat xarakterli turnirləri təşkil etmək hüququ AİBA-dan alınacaq.

Komitə Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabenin rəhbərliyi altında xüsusi komissiya yaradıb. Bu komissiya iyunun sonunadək Olimpiadaya seçim sistemini işləmək, təsnifat yarışlarını və Tokiodaki boks turnirini təşkil etmək tapşırılıb. İcraiyyə Komitəsi Yaponiyadakı Oyunlarda 286 boksçunun mübarizə aparacağını da təsdiqləyib.

Yekun qərar bu il iyunun 24-26-da İsveçrənin Lozanna şəhərində keçiriləcək sessiyada qəbul olunacaq. AİBA rəhbərliyi bu bir ay ərzində qərarın dəyişdiriləcəyinə ümid edir. (ONA)

Share: