
“Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” həftəlik işini Biləsuvar rayonunda daha dəqiq desək, Əliabad kəndində yekunlaşdırıb. Aksiyaya qatılan sakinlərdən 15-i müraciətini ünvanlayıb.
Modern.az xəbər verir ki, bunlardan da 12-si Əliabad kəndinin genişlənmiş hissəsində salınan 48 evin sakinləri adından səslənib. Qeyd edilən hissədə yaşayan vətəndaşların istəyi isə həmin yeni yaşayış massivin qazlaşdırılmasından ibarət olub. Görüşdə səsləndirilən müraciətlər aidiyyəti üzrə yönləndirilib.