“Microsoft”un yaradıcısı Bill Qeyts bu dəfə də mutasiyaya uğrayan virusla bağlı açıqlamalar verib.
Milletinsesi.az xarici KİV-ə istinadən bildirir ki, Bill Amerikanın CBS televiziyasına verdiyi müsahibəsi zamanı hər gün başqa növü aşkar edilən koronavirusun mutasiyalarına qarşı peyvəndlərin təsir gücünün az olacağını bildirib.
Xüsusilə, Cənubi Afrika və Braziliyada aşkar edilən Covid-19 ştammlarına qarşı peyvəndlər çox az miqdarda təsir edəcək. O bildirib ki, hazırda vaksinin 3-cü dozasının vurulması haqqında müzakirələr gedir:
“ABŞ-da istehsal, istifadə edilən, yaxud da istifadəsi planlaşdırılan 5 vaksinin mutasiyaya uğrayan virusa qarşı daha təsirli olacağı güman edilir. Lakin əks hal baş verərsə, iki dəfə peyvənd olunan şəxslər üçüncü dəfə də vaksin vurdurmalı olacaq”.
Xatırladaq ki, Bill həyat yoldaşı Melinda Qeytslə qurduğu “Bill & Melinda Gates Foundation” la “AstraZeneca”, “Johnson & Johnson” və “Novavax” peyvəndlərinə maddi yardım göstərir.