Binəli Yıldırım dəhlizdən danışdı: İran və Ermənistan üçün…

Zəngəzur dəhlizinin açılması ilə bağlı işlər davam etdirilir.

Millətin Səsi.az  Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım Bakıda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu dəhliz bütün region ölkələri üçün faydalı olacaq:

“Bu dəhliz İran və digər bölgə ölkələri, o cümlədən Ermənistan üçün də faydalıdır. Onu da qeyd edim ki, İran Türkiyə kimi köklü bir dövlətdir. Zəngəzur dəhlizinin bir çox yöndən bölgə ölkələrinə faydası olacaq”.

Share: