
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım və parlamentin deputatı Şamil Ayrım Zəngilanda qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində məlumat yayıb.
Türkiyəli siyasətçilərin maşının Zəngilan hava limanına gedərkən qəzaya uğradığı bildirilir.
Türkiyə mətbuatının məlumatına görə, Yıldırım və Ayrımın sağlamlıq vəziyyəti yaxşıdır və nəzarət məqsədilə həkim qruplarının müşayiəti ilə helikopterlə Bakıdakı xəstəxanaya aparılıb.
Partiyanın sədr müavini Ömər Çelik və Efkan Alanın onları müşayiət etmək üçün Bakıda qaldıqları açıqlanıb.
Akif İsmayılov