
Suriyanın şimal-qərbində yerləşən Hələb şəhərində yaşayış binası uçub.
Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, beşmərtəbəli binanın uçması nəticəsində biri uşaq olmaqla, 10 nəfər həyatını itirib.
Hazırda hadisənin səbəbləri araşdırılır. İlkin ehtimallara görə, əsas səbəbin binanın bünövrəsinin aşınması olduğu bildirilir.