Biologiya fakültəsinin alimlərinin elmi məqaləsi impakt faktorlu jurnalda dərc olunub

Biologiya fakültəsinin alimlərinin elmi məqaləsi impakt faktorlu jurnalda dərc olunub

Zoologiya və fiziologiya kafedrasının professoru Canbaxış Nəcəfov kafedranın dissertantı Ramin Həşimov və Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilovun həmmüəllif olduqları “Embryonic development and histological analysis of skeletal muscles of Tenuidactylus caspius (Eichwald, 1831) lizards (Reptilia: Squamata)” (Tenuidactylus caspius (Eichwald, 1831) kərtənkələsinin (Reptilia: Squamata) skelet əzələlərinin embrional inkişafı və histoloji analizi) adlı elmi işi Web of Science elmmetrik bazasına daxil olan (IF: 2.424) “Journal of zoological systematics and evolutionary research”  jurnalında çap olunub. 

   

Tədqiqat işinin məqsədi kərtənkələnin embrional inkişafında mioblastların bir-biri ilə birləşib miosimplast əmələ gətirməsindən sonra əzələ plastinkasının (aralıq quruluşun) formalaşması mərhələsinin müəyyən olunmasıdır. Tədqiqat işində 22 ədəd gekkon yumurtasından istifadə olunmuşdur. Müəlliflər bu mərhələnin şəklini çəkib, tam düzgün xarakteristikasını vermişdir. Bundan əlavə məqalədə miogenezin mərhələləri ardıcıllıqla təsvir olunmuşdur. Kərtənkələlərin miogenezini öyrənməklə insanın embrional əzələ qüsurlarının səbəbini müəyyən etmək olar.

 

//doi.org/10.1155/2022/3618288

//www.hindawi.com/journals/jzs/2022/3618288/

 

Mənbə

Share: