
Xəbər verdiyimiz kimi, Sabirabadın Muğan Gəncəli kəndində baş verən yanğın zamanı bir ailənin 4 üzvü həyatını itirib.
Kənd sakini Bahar Niyazovaya məxsus fərdi yaşayış evində baş verən yanğın zamanı 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, 2002-ci il təvəllüdlü İmanova Safalı Qorxmaz qızı, 2020-ci il təvəllüdlü İmansoy Osmanbəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızı ölüblər.
Hadisə zamanı ev sahibi və digər oğlu xilas olub.
Modern.az yanğın baş verən evdən görüntüləri təqdim edir:
Fotolar “Azərtac”a məxsusdur.