“44 günlük Vətən müharibəsi, Ordumuzun qəhrəmanlığı, əsgərlərimizin işğaldakı torpaqlarımızı erməni faşizmindən azad etmək üçün ortaya qoyduğu fədakarlıqları əks edən filmlərin çəkilməsinə ehtiyac var”.
Bunu Millətin Səsi.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib. Xalq artisti qeyd edib ki, bu gün çəkilən filmlərin böyük əksəriyyəti lazımi tələblərə cavab vermir:
“Təəssüflər olsun ki, bu sahədə çəkilən filmlərin çoxu gərəkli tələblərə cavab vermir. Həmin filmlər ölkə sərhədlərindən kənara çıxmağı bacarmır. Bir film ki, sərhədlərimizdən kənara çıxa bilməyəcək, onu çəkməyə nə ehtiyac var? Biz elə filmlər çəkməliyik ki, həmin filmlər ölkəmizin hüddularından kənara çıxa bilsin. Ölkəmizdən kənarda da baxılsın. Bunun üçün Azərbaycadna kifayət qədər yaradıcı potensial var. Sadəcə, bu potensialı lazımınca dəyələndirmək, bundan bacarıqla istifadə etmək lazımdır”.
Seymur ƏLİYEV