Bir gündə Rusiya Ukraynanın 27 dronunu vurub

Bir gündə Rusiya Ukraynanın 27 dronunu vurub

Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecədə Rusiya ərazisi üzərində Ukraynaya məxsus 27 pilotsuz uçuş aparatını vurub.

Millətin Səsi.az xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

“Növbətçi hava hücumundan müdafiə qüvvələri bir gecədə Ukraynaya məxsus 27 sabit qanadlı PUA-nı məhv edib: hər biri Belqorod və Voronej vilayətlərində, ikisi Kursk və Lipetsk vilayətlərində, ikisi Azov dənizi suları üzərində və biri Bryansk vilayətində”, – nazirliyin bəyanatında deyilir.

Share: