Bir neçə aya hücuma keçməyə tam hazır olacağıq

“Ukrayna bir neçə aydan sonra hücuma keçməyə hazır olacaq”.

 

Modern.az “Unian”a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib.

 

“Texnologiya baxımından bütün ehtiyacları səsləndirmişəm. Onları Ukraynaya çatdırılması, ilk növbədə, təlim dövrü ilə bağlıdır. Bu, vaxt tələb edir. Söhbət bir neçə aydan gedir ki, bundan sonra biz tam hazır olacağıq”, – Reznikov bildirib.

 

O, Ukrayna prezidenti Volodimir Zelenskinin qərarı ilə nazir olaraq qalacağını söyləyib. Reznikov yaxın aylarda müdafiə naziri postunda qalıb-qalmayacağı ilə bağlı sualı cavablandırıb: “Bəli, bu, mənim prezidentimin qərarı idi”.

 

Qeyd edək ki, bundan əvvəl onun istefaya göndəriləcəyi ilə bağlı məlumatlar yayılmışdı.

Mənbə


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/milletinsesi.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share: