“Bir neçə təklif irəli sürülüb, lakin…”

“Bir neçə təklif irəli sürülüb, lakin…”

“Fələstinin HƏMAS hərəkatı İsrail Qəzzada hərbi əməliyyatları dayandırmayana qədər girovların azad edilməsi üzrə danışıqlarda iştirak etməyəcək”.

Bu sözləri HƏMAS-ın xarici əlaqələr şöbəsinin rəhbəri Əli Barakaya deyib.

HƏMAS-ın Livandakı nümayəndəsinin sözlərinə görə, girovların azad edilməsi ilə bağlı bir neçə təklif irəli sürülüb, lakin ilk növbədə İsrail Qəzza zolağında əməliyyatları dayandırmalıdır.

“HƏMAS son bir-iki həftə ərzində hər hansı atəşkəs təklifini rədd edib və bu məsələdə bütün müqavimət qruplarının mövqeyi birdir: əməliyyat dayandırılmalı, nəzarət-buraxılış məntəqələri açılmalı və yaralılar çıxarılmalıdır”, – deyə o əlavə edib.

Mənbə: “Yedioth Ahronoth”

Mənbə

Share: