Lazım gələrsə, Ukrayna 128-ci dağ-hücum briqadası ilə Macarıstanın bütün silahlı qüvvələrini məhv edə bilər.
Axar.az xəbər verir ki, bu sözləri Donetsk hərbi administrasiyasının keçmiş rəhbəri Pavel Jebrivski deyib.
“Təkcə 128-ci briqada faktiki olaraq bütün macar qoşununu məhv edə bilər. Buna görə də orada (Zakarpatya – red.) sərhədlər bağlıdır”, – deyə Jebrivski bildirib.
O əlavə edib ki, Budapeştin Kiyevə qarşı həyasızcasına apardığı siyasət insanları bu məsələyə biganə qoymur.
Qeyd edək ki, Zakarpatya vilayəti 1945-ci ildə Ukrayna SSR-in tərkibinə daxil olub. Birinci Dünya müharibəsinə qədər isə bu ərazi Avstriya-Macarıstan imperiyasının torpaqları sayılırdı.