biri iki qadını diri-diri yandırıb, digəri körpəni ölümcül döyüb

biri iki qadını diri-diri yandırıb, digəri körpəni ölümcül döyüb

“Təcili xidmət əməkdaşları 68 yaşlı ev sahibəsi və onun 35 yaşlı qızının cəsədlərini aşkar edib…”

 

“Kişi öz həyat yoldaşı ilə dalaşıb, qadını və onun ilk nikahdan olan 4 yaşlı qızını döyüb, nəticədə körpə yerindəcə keçinib…”

 

“Vaqner qrupu”nun Ukraynadan müharibədən evə qayıdan sabiq muzdlusu iki qadının qətlində, daha doğrusu, onların yaşadığı evi yandırmaqda şübhəli bilinərək saxlanılıb.

 

Moderator.az xəbər verir ki, bu barədə “fontanka.ru” nəşri məlumat verib.

 

İnsident oktyabrın 3-nə keçən gecə Krasnoyarsk diyarının Yermakovskoye kəndində baş verib. Yanğın Lenin küçəsindəki evlərdən birində başlayıb. 

 

Yanğın söndürüldükdən sonra təcili xidmət əməkdaşları evdə 68 yaşlı ev sahibəsi və onun 35 yaşlı qızının cəsədlərini aşkar edib.

 

“Bir neçə saatdan sonra polis əməkdaşları “Vaqner qrupu” özəl hərbi şirkətinin 32 yaşlı sabiq döyüşçüsünü saxlayıb. Axtarış zamanı  yanacaqla dolu kanistr tapılıb”, – jurnalistlər danışıb.

 

ASTRA nəşrinin məlumatına görə, sabiq “vaqnerçi” bu ilin may ayında müharibədən qayıdıb. Kişi əvvəllər sağlamlığa qəsdən ağır zərər vurulmasına görə məhkum edilib.

 

Onun insanların yaşadığı evi nədən yandırması hələlik aydın deyil. Jurnalistlər Rusiya İstintaq Komitəsinin Krasnoyarsk diyarı üzrə idarəsinə məlumatı dəqiqləşdirmək üçün sorğu göndərib. Hələlik cavab verilməyib.

 

ASTRA həmçinin avqustun sonunda müharibədən doğma Lipetsk şəhərinə məzuniyyətə gələn V. Vladimir haqqında danışıb. Əvvəllər Vladimir Ryazanda “Rosqvardiya”da xidmət edib, sonra “Vaqner qrupu” ilə müqavilə bağlayıb.

 

“Oktyabrın 1-də kişi öz həyat yoldaşı V. Tatyana ilə dalaşıb. O, qadını və onun ilk nikahdan olan 4 yaşlı qızını döyüb. Qız yerindəcə keçinib, hadisə yerinə gələn tibb işçiləri ilkin olaraq zərbələrin körpənin başına endirildiyini müəyyən edib”, – jurnalistlər aydınlaşdırıb.

 

Uşaq qartilinin anasının fikrincə, “Vaqner qrupu”nda xidmət edəndən sonra onun xasiyyəti dəyişib.

 

“Bilmirəm, bu, necə baş verə bilərdi, mən şəxsən buna görə “Vaqner”i günahlandırıram. O, bundan sonra özünə bənzəməyib. O, qapalı, az ünsiyyətdə olub, az danışıb. Nə soruşurdundsa, “aha”, “uhu” deyə cavab verib, vəssalam. Onun kontuziyası olub.

 

O, bundan öncə də müqavilə üzrə xidmət edib. Bilmirəm, bu, necə baş verib…Tatyana döyülüb, deyirlər, ciddi xəsarət almayıb, amma körpənin ölümü kimi ona elə yara vurulub ki, onu sağaltmaq çox çətindir. Mən indi qadının yanındayam”, – Vladimirin anası deyib.

 

Ər-arvadın nədən dalaşdıqlarını qadın bilmir. O, sadəcə, dəqiqləşdirib ki, Vladimir saxlanılıb, ailədə dörd nəfər var, Tatyana indi dekretdədir.

Mənbə

Share: