2020-2021-ci tədris ili üçün paytaxt məktəblərində I sinfə qəbulla bağlı qeydiyyatdan keçən uşaqların sayı açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Milletinsesi.az-a verilən məlumata görə, paytaxt üzrə İdarənin tabeliyində olan ümumi təhsil müəssisələrinə və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I siniflərinə qəbul olmaq üçün elektron sistem vasitəsilə 43 395 müraciət edilib.