Birləşmiş Ştatların gündəlik neft hasilatı 12,9 milyon barrelə düşüb

ABŞ-ın sutkalıq xam neft istehsalı azalıb.

Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı 99 min barrel azalaraq gündəlik orta hesabla 12,9 milyon barrel olub. Lakin bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. Birləşmiş Ştatların neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.

Ötən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 46 min barrel azalaraq gündəlik 6,61 milyon barrel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 96 min barrel geriləyərək sutkada 3,41 milyon barrel təşkil edib.

EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 13,3 milyon barrel olacaq.

Share: