Ukrayna ilə hərbi münaqişənin əsasını ABŞ və NATO-nun təhlükəsizlik təhdidlərinin yaradılması təşkil edir.
Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya-Afrika plenar iclasında deyib.
O əlavə edib ki, ABŞ, NATO və Ukrayna bütün ölkələrin, o cümlədən Rusiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı danışıqlardan imtina edir.
“Biz dəfələrlə danışmışıq və mən rəsmi şəkildə bildirmişəm ki, biz danışıqlara hazırıq, lakin danışıqlara məcbur edə bilmərik”, – deyə Putin vurğulayıb.