Biz dövlət deyilik – Borrelldən çağırış

Biz dövlət deyilik – Borrelldən çağırış

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa ölkələrinə müraciət edib.

 

Modern.az xəbər verir ki, Avropanın baş diplomatı Aİ ölkələrini xarici siyasətdə veto hüququnun aradan qaldırılmasına çağırıb.

 

“Avropa İttifaqının xarici siyasətində yüksək səs çoxluğu ilə qərarların qəbul edilməsini dəstəkləyirəm. Amma bilirəm ki, bu çətindir, çünki hamı vetonu saxlamaq istəyir”,- o, deyib.

 

Borrell Avropa ölkələrinin dövlət olmadığını bildirib:

 

“Avropa ölkələri böyük dövlətlər dünyasında yaşamaq üçün çox kiçikdir. Çin dövlətdir, ABŞ dövlətdir, Hindistan dövlətdir, amma biz dövlət deyilik, biz dövlətlər klubuyuq. Ona görə də bizə qaydalar lazımdır. Bu, bizə daha sürətli fəaliyyət göstərməyə imkan verəcək”.

 

Qeyd edək ki, bu həftənin əvvəlində Almaniya, Fransa və İtaliya da daxil olmaqla Aİ-nin 27 ölkəsindən 9-u Aİ institutlarına kompromis yolu ilə qərar qəbul etməkdən imtina etməyə və ixtisaslı çoxluq sisteminə keçidə çağıran məktub imzalayıb.

Mənbə

Share: