“Biz heç kəsə lazım deyilik”-Səfərbər olunanlar heyvani şəraitdən şikayətlənir…-VİDEO

“Biz heç kəsə lazım deyilik”-Səfərbər olunanlar heyvani şəraitdən şikayətlənir…-VİDEO

Oktyabrın 5-də axşam saatlarında sosial şəbəkələrdə Belqorod vilayətində səfərbər edilmiş 500 nəfərin təsvir olunduğu iddia edilən video-çarx geniş yayılmağa başlayıb. 

 

Moderator.az xəbər verir ki, bu haqda Rusiyanın Latviyada fəaliyyət göstərən müstəqil “Meduza” kanalı məlumat yayıb.

 

Video-görüntülərdəki silahlı şəxslər onlara silah verildiyi, lakin hər hansı hərbi hissəyə təyin olunmadıqlarından bir həftədir ki,  “heyvani şəraitdə” yaşadıqlarından, özlərinin pulla qida almalarından şikayətlənirlər.

 

Videonu kimin çəkdiyi dəqiq məlum deyil. “Azadlıq” radiosunun jurnalisti  Mark Krutov qeyd edib ki, videodakı şəxslərdən biri PMC “Vaqner” özəl hərbi şirkətinin rəmzlərini daşıyır.  Görüntünü çəkənlərdən digəri isə təxminən bir həftə öncə də ordunun problemləri ilə bağlı video çəkmiş moskvalı Sergey Surkovdur.

 

Sultan Laçın

Mənbə

Share: