“Milli Donald Tramp dönəmində çinliləri həyəcanlandırmamaq üçün Sakit okean regionunda Amerikanın təlimlərini özbaşına ləğv edib və Çin hərbçilərinə prezidentin əsl niyyətlərindən danışıb…”
“Milli hazırda demokratik dövlətlərdə dəbdə olan doktrinaya uyğun olaraq hərəkət edib…”
ABŞ-da güc zümrəsi demokratiyaya qarşı çıxıb
ABŞ Silahlı Qüvvələri qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri general Mark Milli səlahiyyət müddətinin başa çatması ilə əlaqədar olaraq istefaya gedib.
Moderator.az xəbər verir ki, bu barədə “focus.ua” nəşri yazıb.
Bu gün o, yekun nitq söyləyərək həm də özünün Ağ evdən xəlvəti törətdiyi hərəkətlərini (ABŞ-ın sabiq prezidenti Donald Trampın fikrincə, xəyanətkar hərəkətlərini) şərh edib.
Xatırladaq ki, vəzifəsi Silahlı Qüvvələrin komandanı postuna uyğun olan Mark Milli Donald Trampın hakimiyyəti dönəmində Çin hərbçiləri ilə əlaqədə olaraq onlara siyasi rəhbərliyə məlumat vermədən “prezidentin əsl niyyətlərindən” danışıb.
O, həm də “çinliləri həyəcanlandırmamaq üçün” Sakit okean regionunda Amerikanın təlimlərini özbaşına ləğv edib və ali zabitlərdən Trampın Çinlə bağlı əmrlərini Millinin özünün xəbəri olmadan icra etməyəcəklərini vəd etməyi tələb edib.
Sonradan Milli özünə belə haqq qazandırıb ki, Trampın “ağılsızlığından” şübhələnib, yəni sol paradiqma çərçivəsində hərəkət edib, bu, demokratlar üçün xoşagəlməz prezidentin, görünür ki, ABŞ qanunvericiliyinə də aydın şəkildə zidd olaraq, “anlaqlı olmadığını və nə istəyirsən törədə biləcəyini ” nəzərdə tutur.
Formal olaraq Milli həqiqətən də dövlətə xəyanət edib və Çin hakimiyyəti ilə sövdələşmədə ittiham oluna bilər.
Bununla birlikdə, ABŞ-da hüquq sisteminin demokratların dəstəyinə və Trampa qarşı hərtərəfli müqavimətinə yönəldiyindən xüsusilə demokratların hələ hakimiyyətdə olduğu dönəmdə Milli çətin ki, cinayət təqibinə məruz qalsın.
Lakin Amerikada hamının razı qalmaq davranışı dəyişkəndir və generalın hərəkətlərinə görə sonrakı illərdə cavab verəcəyindən ehtiyat etməsi üçün bütün əsasları var.
Ötən həftə Tramp Millini xəyanətdə ittiham edib və deyib ki, əvvəlki dönəmlərdə buna görə edam edərdilər.
Milli cavabında bəyan edib ki, “heç vaxt ABŞ Konstitusiyasına xəyanət etməyib” və o, “özü və ailəsi ilə bağlı təhlükəsizlik tədbirləri görür”.
Bu gün özünün vida çıxışında o, yenidən bu mövzuya toxunub və bəyan edib: “Biz krala və ya kraliçaya, tirana və ya diktatora and içmirik, biz xırda yarımçıq diktatora and içmirik. Biz Konstitusiyaya and içirik”.
Bununla istefaya gedən general yenidən özünə haqq qazandıraraq ötəri Trampı da təhqir edib. Bununla birlikdə, ABŞ Konstitusiyasına uyğun olaraq məhz prezident ordu və donanmanın Ali Baş Komandanıdır, yəni hərbi rəhbərliyin birbaşa və şəksiz rəisidir.
Millinin çinlilərlə danışıqlara getməsi və xarici hakimiyyətlərə məxfi məlumat verməsi üçün heç bir əsasları olmayıb, “Trampın ağılsızlığı ilə bağlı ehtiyat etməsi” isə, təbii ki, xəyanətə görə cinayət məsuliyyətindən azad edə bilməz.
Mahiyyət etibarilə Milli hazırda demokratik dövlətlərdə dəbdə olan belə bir doktrinaya əməl edib ki, xalqın seçimi onun məmur zümrəsi, ilk növbədə güc və hüquq zümrəsi tərəfindən bəyənilmədiyi halda heç nə deməkdir və məmurların demokratik hakimiyyətin onlar üçün “xoşagələn” olmadığı halda qanunvericiliyə və iyerarxiyaya zidd hərəkət etmək və faktiki olaraq ölkəni idarə etmək hüququna malikdir.
Millidən sonra ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri Birləşmiş Komitəsinin rəhbəri vəzifəsini bundan öncə Amerika Hərbi-Hava Qüvvələrinin komandanı olmuş general Carlz Braun tutacaq.
Braun ABŞ tarixində bu vəzifədə olacaq ikinci və son 20 ildə birinci qaradərili zabitdir. Bu komitə ABŞ Silahlı Qüvvələri qoşunlarının işçi idarəetmə orqanıdır.
Onu da qeyd etmək lazımdır ki, Ukraynada tammiqyası müharibə ərzində Milli bu komitəyə rəhbərlik edərək Ukraynanın və ona yardım göstərilməsinin qətiyyətli tərəfdarı kimi yadda qalıb.
O, Kiyevə milyardlarla dollarlıq silah göndərilməsinə tərəfdar olub və Moskvanı dinc əhaliyə qarşı “terror kampaniyası” aparmaqda ittiham edib.