“3 may Konstitusiyasının qəbul edilməsi günündə bizimlə bərabər olduğunuz üçün təşəkkür edirik”.
Bunu Polşanın Azərbaycandakı səfiri Rafal Poborski 3 may Konstitusiya Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
Azərbaycan və Polşa əlaqələrinin yüksək səviyyəsindən bəhs edən səfir, fevral ayında Bakıda keçirilən İkitərəfli Hökumətlərarası Komisiyanı xüsusilə qeyd edib.
“Biz Polşa-Azərbaycan əməkdaşlığının sahələrini genişləndirməyə çalışırıq. Azərbaycanda Cənubi Qafqazda mühüm siyasi tərəfdaşdır. Xüsusilə Ermənistanla münaqişənin bitməsi bu gücə daha da güc qatmaqdadır”.
Səfir Rusiya-Ukrayna müharibəsində Ukrayna tərəfində olduqlarını bir daha vurğulayıb:
“Biz bir ildən çoxdur ki, Ukraynanın yanındayıq. Biz Ukraynanın azadlığını rus işğalçılarından qorumağa çalışırıq. Ukrayna qaçqınlarına sığınacaq verməklə Ukrayna və ordusunu dəstəkləyirik”.